Quranın 1 nömrəli surəsi

Al-Fatihah surəsi

Məkkə7 ayəJuz 1
Al-Fatihah

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ﴿١﴾

Mərhəmətli, rəhmli Allahın adı ilə!

Təfsir əl-Müyəssər (ərəbcə)

ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ ﴿٢﴾

Həmd (şükür və tə’rif) olsun Allaha (və ya: Həmd məxsusdur Allaha) – aləmlərin Rəbbinə,

Təfsir əl-Müyəssər (ərəbcə)

ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ ﴿٣﴾

(Bu dünyada hamıya) mərhəmətli, (axirətdə isə ancaq mö’minlərə) rəhmli olana,

Təfsir əl-Müyəssər (ərəbcə)

مَٰلِكِ يَوْمِ ٱلدِّينِ ﴿٤﴾

Haqq-Hesab (qiyamət) gününün sahibinə!

Təfsir əl-Müyəssər (ərəbcə)

إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ ﴿٥﴾

Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!

Təfsir əl-Müyəssər (ərəbcə)

ٱهْدِنَا ٱلصِّرَٰطَ ٱلْمُسْتَقِيمَ ﴿٦﴾

Bizi doğru (düz) yola yönəlt!

Təfsir əl-Müyəssər (ərəbcə)

صِرَٰطَ ٱلَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ ٱلْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا ٱلضَّآلِّينَ ﴿٧﴾

Ne’mət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Təfsir əl-Müyəssər (ərəbcə)

Al-Fatihah7 ayədən 1-ci

Al-Fatihah surəsi haqqında

Al-Fatihah (الفاتحة) surəsi Quranın 1 nömrəli surəsidir. O, 7 ayədən ibarətdir, yerləşdiyi hissə: Juz 1. O, Məkkə surəsi kimi təsnif edilir, yəni əsasən Peyğəmbərin Mədinəyə hicrətindən əvvəl nazil olub.

Adı olan الفاتحة surənin ərəbcə tanındığı addır.

Al-Fatihah surəsi haqqında suallar

Al-Fatihah surəsində neçə ayə var?

Al-Fatihah surəsində 7 ayə var.

Al-Fatihah surəsi Məkkə, yoxsa Mədinə surəsidir?

O, Məkkə surəsi kimi təsnif edilir.

Al-Fatihah surəsi hansı Juz-dadır?

Al-Fatihah surəsi Juz 1 içindədir.

Al-Fatihah surəsini harada dinləyə bilərəm?

Bu səhifədə Oxut düyməsini basın və Əbdürrəhman əs-Sudeys, Mişari əl-Əfasi, Mahmud Xəlil əl-Husari, Əbdülbasit Əbdüssamad, Mahir əl-Muaykli, Səəd əl-Ğamidi, Əhməd əl-Əcmi, Əbu Bəkr əş-Şatri, Hani ər-Rifai, Məhəmməd Siddiq əl-Minşavi, Əli əl-Huzeyfi, Məhəmməd Əyyub, Abdullah Basfər, Yasir əd-Dosari, Nasir əl-Qətami, Salah əl-Budeyr, Suud əş-Şureym, Abdullah Əvvad əl-Cuhəni, Məhəmməd Cibril tərəfindən ayə-ayə oxunmasını dinləyin.

Tətbiqi əldə et

Əldə edin:Google Play

This page is translated with machine assistance and may contain mistakes. The English and Arabic versions are our reference. About our sources